Çin qlobal təsir baxımından ABŞ-ı qabaqlayır - EKSPERT


Çin diplomatik əlaqələrin fəal inkişafı və ardıcıl xarici siyasət sayəsində qlobal nüfuza görə ABŞ-ı geridə qoyub.



Bu barədə Avstraliyanın Lou İnstitutunun ictimai rəy və xarici siyasət proqramının direktoru Rayan Nilam “Financial Times”ın məqaləsində ABŞ-ın Çindən geri qaldığını bildirib.

2019-cu ildə Çin bütün dünyada diplomatik mövcudluğu ilə ABŞ-ı qabaqlaya bilib. ABŞ lideri Co Baydenin diplomatik şəbəkəsini genişləndirmək cəhdinə baxmayaraq, Birləşmiş Ştatlar Çinlə müqayisə oluna bilməyib. ÇXR dünya üzrə səfirlik və konsulluqların sayına görə ABŞ-dan cüzi irəliləyişlə liderliyini davam etdirir.

Nəşr qeyd edib ki, Çinin diplomatik mövcudluğu Afrikada və əksər Asiya ölkələrində ABŞ-ı qabaqlayır, Amerika isə Qərb ölkələri və Cənubi Asiyada liderliyini qoruyub saxlaya bilib.

Eyni zamanda qlobal təsirin qiymətləndirilməsində təkcə kəmiyyət göstəriciləri deyil, həm də keyfiyyət göstəriciləri vacibdir. Nilam qeyd edib ki, Çin ABŞ-dan daha ardıcıl və daimi xarici siyasəti ilə üçüncü ölkələri özünə cəlb edir.

Ekspert bunu Çinin xarici siyasət prioritetlərinin tez-tez dəyişməsi səbəbindən ABŞ-a xas olan diplomatik resursları uzun müddət ərzində, diqqəti yayındırmadan, strateji əhəmiyyətli regionlara stabil şəkildə yönəltməyi bacarması ilə izah edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu