"Qalatasaray"ın azarkeşi dünyasını dəyişdi - Klub açıqlama yaydı


"Qalatasaray" - "Çaykur Rizəspor" matçında özünü narahat hiss edən azarkeş dünyasını dəyişib.



"Qalatasaray" klubu Superliqada "Çaykur Rizespor"la matçda özünü narahat hiss edən və xəstəxanaya yerləşdirilən sarı-qırmızılı azarkeş Səlcuq Tuncerin dünyasını dəyişdiyini açıqlayıb.

Klubun saytında yer alan açıqlamada "Tərəfdarımız Səlcuq Tuncerin vəfat xəbərini öyrəndiyimiz üçün kədərləndik. Mərhumun cənazəsi sabah Alanya Gürses məscidində günorta namazından sonra Bektaş Ailə Qəbiristanlığında torpağa tapşırılacaq. Mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına başsağlığı veririk” ifadələri yer alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu