"Vodafone İtaliya" 8 milyard avroya satıldı


Baş ofisi Böyük Britaniyada yerləşən telekommunikasiya şirkəti "Vodafone" "Vodafone" İtaliyanı "Swisscom"a 8 milyard avroya satacağını açıqlayıb.



Şirkətin investor yeniləmə qeydində "Vodafone" Avropadakı əməliyyatlarını yenidən formalaşdırmaq üçün daha geniş planın bir hissəsi olaraq "Vodafone" İtaliyanı satmağa razılaşdığı bildirilib.

"Vodafone" İtaliyanın "Swisscom"a 8 milyard avroya satılacağı bildirilən məlumatda gəlirin bir hissəsinin səhmlərin geri alınması yolu ilə investorlara qaytarılacağı qeyd edilib.

Qeyddə "Vodafone" və "Swisscom" müqaviləsinin bir hissəsi olaraq "Vodafone"un "Swisscom"a 5 ilə qədər müəyyən xidmətlərin göstərilməsinə davam edəcəyi bildirilib.

"Vodafone" Qrupunun Baş İcraçı Direktoru Margherita Della Valle şirkətin İtaliya və İspaniyadakı əməliyyatlarının satışından 12 milyard avro nağd gəlir əldə ediləcəyini ifadə edib və səhmlərin geri alınması yolu ilə 4 milyard avronu səhmdarlara qaytarmağı planlaşdırdıqlarını vurğulayıb.

Xatırladaq ki, keçən ilin noyabrında "Vodafone" İspaniyadakı əməliyyatını "Zegona Communications"a 4,1 milyard avro nağd pul və təxminən 900 milyon avro geri alına bilən imtiyazlı səhmlər birlikdə 5 milyard avroya satmaq barədə razılığa gəldiyini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu