İsraildə Hərbi Nazirlər Kabinetinin iclası qəfil ləğv edilib
İsrail mediası dünən gecə keçirilməsi planlaşdırılan Hərbi Nazirlər Kabinetinin iclasının qəfil ləğv edildiyini açıqlayıb.
"Kanal 12" televiziyasının xəbərinə görə, dünən axşam keçirilməsi planlaşdırılan Hərbi Nazirlər Kabinetinin iclası heç bir səbəb göstərilmədən ləğv edilib.
İclasın gözlənilmədən ləğv edilməsinə təəccüblənən Hərbi Nazirlər Kabinetinin üzvləri izahat istəyib və danışıqların növbəti günlərdə aparılacağı bildirilib.
İclasın ləğvi ilə bağlı İsrail mediasının hökumət mənbələrindən verdiyi məlumata görə, baş nazir Benyamin Netanyahunun HƏMAS ilə əsir mübadiləsi razılaşması ilə bağlı Hərbi Nazirlər Kabineti üzvlərinin təzyiqlərinə məruz qalmamağa çalışdığı iddia edilib.
Bildirilib ki, Netanyahu Nazirlər Kabinetinə təqdim etməzdən əvvəl mümkün məhbus mübadiləsi sazişinin parametrləri ilə bağlı HƏMAS-dan “konkret” cavablar gözləyir.