Beyninə çip yerləşdirilmiş şəxsin fikirləri 25 dəqiqə ərzində oxunub
ABŞ-da beyninə çip qoyulan şəxsin fikirləri 25 dəqiqə oxunub.
Wall Street Journal tərəfindən dərc edilən xəbərdə çipin Parkinson xəstəliyindən əziyyət çəkən Ceffri Kiferə quraşdırıldığı bildirilib.
71 yaşlı Kiferin xəstəlik səbəbiylə əməliyyat olunduğu və həkimlərin əməliyyatdan əvvəl beynində implantı sınamağa icazə verdiyi bildirilib.
Precision Neuroscience tərəfindən hazırlanmış Layer 7 Cortical Interface implantının üzərindəki elektrodlar Kiferin beyninə birləşdirilib.
İmplantdakı çiplər beyindən göndərilən siqnalları toplayaraq, simsiz əlaqə vasitəsilə süni intellekt dəstəkli proqrama göndərilib.
İmplanta qoşulan kabel həm də batareya və antena rolunu oynayan Kiferin sinəsindəki cihaza qoşulub.
Araşdırmada Kiferin əlləri ilə etdiyi bəzi hərəkətlər monitorlardan ölçülən beyin siqnalları ilə uyğunlaşdırılıb. Sonra xəstədən əllərini tərpətmədən əvvəlki hərəkətləri etmək barədə düşünməsi istənib. Kifer hərəkətlər etmək haqqında düşünərkən, onun beyin siqnallarının real vaxtda qeyd oluna və hərəkətlərlə uyğunlaşa bildiyi müşahidə edilib.