Mərakeş: Quraqlıq səbəbindən əkin sahələrinin 20 faizini itirəcəyik
Mərakeşin Kənd Təsərrüfatı Naziri Məhəmməd Sadiki quraqlıq səbəbindən bu il ölkədəki əkin sahələrinin 20 faizini itirəcəklərini bildirib.
Nazir Sadiki Məclisin ikinci qanadı olan Məsləhətçilər Şurasında sualları cavablandırıb.
Yay-qışda əkin sahələrinin 2,5 milyon hektara çatdığını bildirən Sadiki, yağıntıların normal olduğu illərdə ölkədə əkin sahələrinin 4 milyon hektara çatdığına diqqət çəkib.
Sadiki Quraqlıq səbəbindən əkilmiş 2,5 milyon hektarın 20 faizini itirəcəklərini qeyd edib. Sadıki bu il əkin sahələrinin ötən illə müqayisədə 31 faiz azaldığını bildirib.
Qeyd edək ki, Mərakeş artıq beşinci ildir ki, ölkənin ümumi daxili məhsulunun əsasını təşkil edən kənd təsərrüfatı sektorunun üzləşdiyi təhlükələrin kölgəsində qalaraq, ciddi quraqlıq təhlükəsi yaşayır.