Kaliforniyadakı quraqlıq ABŞ-ın ərzaq təhlükəsizliyini təhdid edir


ABŞ-ın Kaliforniya əyalətində yaşanan quraqlıq son 2 ildə ən az 3 milyard dollar məhsul itkisinə səbəb olub.


AFN.az xəbər verir ki, Kaliforniya Ərzaq və Kənd Təsərrüfatı Departamenti tərəfindən aparılan araşdırmalar Mərkəzi Vadi bölgəsində suyun paylanmasının 2021 və 2022-ci illərdə 43 faiz azaldığını ortaya çıxarıb. Nəticədə bir çox torpaq sahələrində məhsul əkilməyib.
Tədqiqata rəhbərlik edən Kaliforniya Universitetindən Jouse Medellin-Azuara 2023-cü ildə Kolorado çayında suyun azalması səbəbindən ştatın sudan asılı əkin sahələrində vəziyyətin daha da pisləşə biləcəyinə diqqət çəkib. Kolorado çayı hövzəsində suvarılan torpaqların təqribən 70 faizi heyvandarlıq yemi yetişdirmək üçün istifadə olunur və quraqlıq nəticəsində məhsulun maya dəyəri artır. Mərkəzi Vadi ABŞ-dakı bütün becərilən torpaqların təxminən dörddə birini təşkil edir. Milli İqlim Dəyişikliyi Jurnalında cari ilin əvvəlində dərc edilən bir araşdırma ABŞ-ın cənub-qərbində müşahidə edilən bu durumun son 1200 ilin ən quraqlıq 22 illik dövrü olduğunu aşkara çıxarıb.

NAZİLƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu