Ukrayna 2024-cü ilin sonuna qədər müharibəni uduza bilər - CİA dorektoru


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Uilyam Berns deyib ki, ABŞ qanunvericiləri Ukraynaya yardımı indi təsdiqləməsələr, 2024-cü ilin sonuna qədər müharibəni uduzacaqlar.


“Politico”nun məlumatına görə, o, deputatları Ukraynaya dəstək üçün milyardlarla dollar ayıracaq əlavə qanunlar qəbul etməyə çağırıb.

"Hərbi yardımın həm praktiki, həm də psixoloji cəhətdən təmin edəcəyi təkan ilə ukraynalılar 2024-cü ilə qədər dayanmaq və Putinin zamanın onun tərəfində olduğuna dair təkəbbürlü fikirlərini məhv etmək üçün yaxşı mövqedədirlər. Ukraynalıların uduzması riski çox realdır. 2024-cü ilin sonuna qədər döyüş meydanında qalsalar, heç olmasa Putini siyasi həll şərtlərini diktə edə biləcək bir vəziyyətə gətirəcək”, - deyə Börns bildirib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin sözlərinə görə, hazırda Ukraynanı dəstəkləmək Rusiya ilə müharibədən daha çox şeydir: "Burada söhbət həm də Çindəki Si Cinpin, onun ambisiyaları və Hind-Sakit Okeandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan gedir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu