Rusiya Xarkovda bir yaşayış məntəqəsini ələ keçirdi


Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Buqrovatka qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.



Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.

Açıqlamada Rusiya hərbi birləşmələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları istehsalı sexini, bəzi hərbi hava limanlarında yanacaq, təyyarə və sursat anbarlarının vurulduğu bildirilib.

Rusiya Silahlı Qüvvələrinin Xarkov bölgəsindəki əməliyyatları ilə bağlı da məlumatların yer aldığı açıqlamada, “Rusiyanın Şimal hərbi birlikləri aktiv hərəkətləri nəticəsində Xarkov vilayətindəki Buqrovatka qəsəbəsini azad edərək, dərin irəliləyişlər əldə ediblər” qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu