Fransa Yeni Kaledoniyaya qoşun yeridəcək
Fransanın baş naziri Qabriel Attal ölkəsinin Hind-Sakit Okeandakı muxtar bölgəsi olan və zorakılıq hadisələrinin baş verdiyi Yeni Kaledoniyaya qoşun yeridiləcəyini açıqlayıb.
Milli mətbuatda yer alan xəbərlərə görə, Attal Yeni Kaledoniyadakı zorakılıqlarla bağlı qurulan Nazirliklərarası Böhran Masası'na qatılıb.
Attal görüşün əvvəlində hava limanı və limanların təhlükəsizliyini təmin etmək üçün Yeni Kaledoniyaya əsgər göndəriləcəyini və "TikTok" sosial media platformasının bölgədə qadağan ediləcəyini bildirib.
Baş nazir Attal Yeni Kaledoniyadakı vəziyyətlə bağlı nazirliklərarası böhran masasının sabah yerli vaxtla saat 08.30-da Daxili İşlər Nazirliyində yenidən toplanması barədə göstəriş verib.
Digər tərəfdən Daxili İşlər Naziri Cerald Darmaninin göstərişi ilə Yeni Kaledoniyada iki müstəqillik tərəfdarı ev dustaqlığına buraxılıb.