ABŞ Konqresinin binasında kokain tapılıb


ABŞ Konqres Polisi ölkə administrasiyasının mərkəzi olan Capitol Hill binasında içərisində kokain olan bir paket tapdıqlarını açıqlayıb.



ABŞ Konqres Polisindən verilən açıqlamada Konqresin yerləşdiyi Capitol Hill binasında aşkar edilən paketin içərisində ağ maddənin aşkarlanması üçün edilən kokain testinin müsbət çıxdığı bildirilib.

Açıqlamada sözügedən bağlamanın çox sayda insanın istifadə etdiyi ikinci mərtəbədəki dəhlizdə tapıldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi və bu çərçivədə paketi kimin yerləşdirdiyini müəyyən etmək üçün DNT testinin aparılacağı bildirilib.

Xatırladaq ki, 2 iyul 2023-cü ildə Ağ Evdə tapılan şübhəli maddənin kokain olduğu sınaqlar nəticəsində üzə çıxıb. Gizli Xidmətin 2022-ci ildə Ağ Evdə iki dəfə narkotik tapdığı iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu