İmran Xan bəraət aldı


Pakistanda məhkəmə keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşini "dövlət sirlərini açıqlamaq" ittihamı ilə mühakimə olunduqları işdə təqsirli bilməyib.



Milli mətbuatda yer alan xəbərə görə, İslamabad Ali Məhkəməsində İmran Xan və Qureşi barəsində məhkəmə iclası keçirilib.

Məhkəmə Xan və Qureşini təqsirsiz bilib və onlara verilən 10 illik həbs cəzasını ləğv edib.

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Gohar Ali Xan məsələ ilə bağlı verdiyi açıqlamada İmran Xana qarşı əsassız ittihamların bu gün yekunlaşdığını və keçmiş baş nazirin sözügedən işə görə 10 aydır həbsdə olduğunu bildirib.

Gohar Ali Xan İmran Xanın tezliklə həbsdən çıxacağını bildirib.

Həyat yoldaşı Büşra Bibi ilə qeyri-qanuni evliliyə görə 7 il həbs cəzası alan İmran Xan həbsdə qalmağa davam edəcək.

İmran Xan mühakimə olunduğu işlərə görə 2023-cü il avqustun 5-dən həbsdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu