Filippindəki Kanlaon vulkanı püskürüb


Filippinin Neqros adasında yerləşən Kanlaon vulkanı 6 dəqiqə ərzində püskürüb və partlayışın təsiri nəticəsində 5 min metr hündürlükdə duman əmələ gəlib.



Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan verilən açıqlamaya görə, aktiv Kanlaon vulkanı püskürüb.

Filippin Xəbər Agentliyinin (PNA) xəbərinə görə, açıqlamada vulkanın 6 dəqiqə ərzində püskürdüyü və 5 min metr yüksəkliyə çatan tüstü dumanı əmələ gətirdiyi bildirilib.

Açıqlamada Kanlaon vulkanı üçün xəbərdarlıq səviyyəsinin 1-dən 2-yə qaldırıldığı açıqlanıb və gələcəkdə vulkanda daha çox püskürmələrin ola biləcəyinə diqqət çəkilib. Hadisənin yaxından izləndiyi və bölgə xalqının hər hansı bir vəziyyətə qarşı ayıq-sayıq olmağa çağırıldığı bildirilib.

Səlahiyyətlilər yerli əhaliyə, xüsusən də tənəffüs xəstəlikləri olanlara maska ​​taxmağı tövsiyə edib.

Neqros Şərq əyalətinin Kanlaon şəhərinin meri Xose Çubasko Kardenas verdiyi açıqlamada partlayışdan zərər çəkmiş 4 bölgədə yaşayan insanların təxliyəsi əmrini verdiyini bildirib.

Kardenas vulkan püskürməsindən sonra xalqın təhlükəsizliyini təmin etmək üçün bütün imkanları səfərbər etdiklərini və bu çərçivədə qonşu rayon və şəhərlərdən də kömək istədiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu