İslandiyada vulkan lavası əsas yolu bağlayıb

İslandiyada may ayında püskürməyə başlayan vulkandan gələn lava boşaldılmış Qrindavik şəhərindən gedən yolu bağlayıb.
Bu barədə iyunun 13-də New York Post qəzeti məlumat yayıb.
İslandiya Meteorologiya İdarəsi (IMO) bildirib ki, bu, 2023-cü ilin sonlarında silsilə püskürmələr başlayandan bəri yol boyu üçüncü lava axmasıdır.
IMO bildirib ki, lava şimal-qərbə doğru hərəkət etməyə davam edir. Onlar xəbərdarlıq ediblər ki, vulkanın cənub-şərqində lava yığılır və yaxın günlərdə bu istiqamətdə daha da irəliləyə bilər.
Qeyd edək ki, İslandiyanın cənub-qərbində vulkanın püskürməsi mayın 29-da məlum olub. Grindavik, Mavi Lagoon və Svartsengi elektrik stansiyası kimi bölgələrdən insanlar təxliyə edilib.