Yunanıstanda meşə yanğını təhlükəsi ilə bağlı xəbərdarlıq edilib


Yunanıstanda iyunun 21-dək meşə yanğını riskinin yüksək olması səbəbindən əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edilib.



Afina Milli Rəsədxanasının (EAA) verdiyi açıqlamada, şimal küləyinin təsirli olacağı Euboea, Midilli adaları, Sakız adaları, Samos və Krit bölgələrində 21 iyuna qədər meşə yanğını riskinin yüksək olduğu bildirilib.

Meşəlik ərazilərə yaxın olan vətəndaşlar yanğın riskini artıracaq davranışlardan çəkinməyə və diqqətli olmağa çağırılıb.

Qeyd edilib ki, son 24 saatda 35 meşə yanğını baş verib.

Açıqlamaya görə, dünən Dramada baş verən meşə yanğınında 1 yanğınsöndürən yaralanıb.

Bildirilib ki, üz və əlindən yanıq xəsarətləri alan yanğınsöndürənin Dram Xəstəxanasında müalicəsi davam etdirilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu