“Qarabağ” Çempionlar Liqasında bu komandalardan biri ilə qarşılaşacaq


Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.


UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi müəyyənləşıb.

Püşk zamanı səpələnmişlər siyahısında yer alan Ağdam təmsilçisi I raundun “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” ilk matçını səfərdə, cavab görüşünü evdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab qarşılaşmaları 30-31-də baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu