Moskvada şiddətli fırtına nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb


Rusiyanın paytaxtı Moskvada güclü qasırğa baş verib.



Qasırğada 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Avtomobillərə və binaların çöl hissələrinə ziyan dəyib, çox sayda ağac aşıb.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamada, Moskvada bir nəfərin ağacın aşması, bir nəfərin isə üzərində olduğu dokun uçması nəticəsində öldüyü bildirilib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu