ABŞ "Kaspersky"nin proqram təminatının satışını qadağan edir


ABŞ administrasiyası Rusiyanın “Kaspersky Lab” şirkəti tərəfindən hazırlanmış proqram təminatının ABŞ-da satışını qadağan edəcək.



ABŞ Ticarət Naziri Gina Raimondo verdiyi açıqlamada qadağanın şirkətlə bağlı son dərəcə əhatəli araşdırmanın nəticəsi olduğunu bildirib.

Raimondo bildirib ki, Rusiya amerikalıların şəxsi məlumatlarını toplamaq üçün "Kaspersky" kimi rus şirkətlərindən istifadə etmək imkanlarına və niyyətinə malik olduğunu nümayiş etdirib.

ABŞ mətbuatında çıxan xəbərlərdə "Kaspersky"nin iyulun 20-dən sonra ABŞ-da yeni müqavilələr bağlaya bilməyəcəyi, sentyabrın 29-dək mövcud müştərilərinə antivirus proqram təminatı təqdim edəcəyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu