Rusiya: Bu gecə Ukrayna məxsus 114 PUA-nı məhv etdik


Rusiya Müdafiə Nazirliyi bu gecə Ukraynanın Rusiya ərazisinə hücum cəhdinin qarşısı alındığını və 114 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.



Nazirlikdən verilən açıqlamada qeyd edilib ki, Kiyev administrasiyası bu gecə Rusiya ərazisində ünsürlərə hücum etməyə cəhd edib.

Açıqlamada hücumun qarşısı alındığı, Krım və Qara dəniz üzərində 70 PUA, Krasnodar bölgəsində 43, Volqoqrad bölgəsində 1 PUA Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.

Bundan əlavə Qara dənizin şimal-qərb hissəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 6 pilotsuz dəniz gəmisinin də məhv edildiyi vurğulanıb.

Rusiyanın Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev Telegram kanalında verdiyi açıqlamada bölgədə vurulan PUA hissələrinin düşməsi nəticəsində bir nəfərin öldüyünü, avtovağzal və istilik qurğusunun zədələndiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu