Beynəlxalq Qızıl Xaç Komitəsi Rəfaha hücumu pisləyib


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) dünən İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərində həyata keçirdiyi hücumda BQXK ofisinin zədələndiyini bildirib və hücumu pisləyib.



BQXK hücumla bağlı açıqlama verib.

Açıqlamada cümə günü günortadan sonra BQXK-nın Rəfahın qərbindəki ofisinə bir neçə metr aralıda iri çaplı mərmilərin düşdüyü, ofisin əməkdaşları və onların ailələri də daxil olmaqla yüzlərlə məcburi köçkün fələstinlinin qaldığı çadırların zərər gördüyü qeyd edilib.

Bu hücum nəticəsində BQXK-nın bölgədəki xəstəxanasına ən azı 22 ölü və 45 yaralının gətirildiyi bildirilib.

Bəyanatda yerləri münaqişə tərəflərinə məlum olan və üzərində BQXK-nın emblemi olan humanitar obyektlərin yaxınlığında atəş açılmasının Qızıl Xaç əməkdaşlarının və mülki şəxslərin həyatını təhlükəyə atdığı bildirilib və belə hücumların qəti şəkildə pisləndiyi vurğulanıb.

Açıqlamada son günlər də oxşar təhlükəli hadisələrin baş verdiyi və Qızıl Xaç binalarının güllələrə tuş gəldiyi bildirilib və münaqişə tərəflərinin mülki şəxslərə və humanitar fəaliyyət göstərən qurumlara zərər vurmamaq üçün tədbir görmələri qeyd edilib.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin dünən verdiyi açıqlamada, İsrail ordusunun köçkün fələstinlilərin çadırlarını bombalaması nəticəsində 25 fələstinlinin həyatını itirdiyi, 50 nəfərin isə yaralandığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu