Cəmil Məmmədlinin apellyasiya şikayəti təmin olunmadı


Sumqayıt Apellyasiya Məhkəməsində jurnalist Cəmil Məmmədlinin apellyasiya şikayətinə baxılıb.


Bu barədə Qaynarinfo-ya jurnalistin vəkili Fariz Namazlı məlumat verib. Onun sözlərinə görə, jurnalist hakim Ruhiyyə Əsgərovanın sədrliyi keçirilən prosesə prosesə onlayn şəkildə qoşulub.

Fariz Namazlı bildirib ki, Cəmil Məmmədlinin şikayəti təmin edilməyib. Hakim Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Jurnalist Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Cəmil Məmmədli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə bəraət verilməsi, 221.2.2-ci (Xuliqanlıq) maddələri ilə təqsirli bilinib.

Jurnalist barəsindəki cinayət işini qondarma sayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu