Konqoda üsyançı qrupun basqını nəticəsində 14 mülki vətəndaş öldürülüb


Konqo Demokratik Respublikasının şərqindəki Şimali-Kivu əyalətində üsyançılar tərəfindən həyata keçirilən hücumda 14 mülki vətəndaş həyatını itirib.



Milli mətbuatda yer alan xəbərlərə görə, üsyançı qrup Demokratik Alyans Qüvvələri (ADF) Şimali-Kivunun Kyanqanda kəndində dinc sakinlərə qarşı silahlı hücum həyata keçirib.

Çox sayda evin yağmalandığı hücumda 14 mülki vətəndaş həyatını itirib.

ADF üzvlərinin eyni bölgədə son bir ayda həyata keçirdiyi hücumlarda 80 mülki vətəndaş həyatını itirib.

1990-cı illərin sonundan Uqanda və Konqo Demokratik Respublikasında fəaliyyətə başlayan ADF Uqanda Milli Azadlıq Ordusu (NALU), Uqanda Müsəlman Qurtuluş Ordusu və Təbliğ Camaatı kimi hərəkatların keçmiş üzvlərinin bir araya gəlməsi ilə yaradılıb.

2014-cü ildən bəri ADF-nin hücumları nəticəsində minlərlə dinc sakinin öldüyü, yüz minlərlə insanın isə didərgin düşdüyü bildirilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu