"Bayer Leverkuzen"ə "Barselona"dan italyan gənc ulduz


Tarixində ilk dəfə Bundesliqa çempionu olan "Bayer Leverkuzen" heyətini gücləndirməkdə davam edir.



"Bayer Leverkuzen" "Barselona"dan italyan gənc ulduz Andre Natalini heyətinə qatıb.

"Barselona"nın yetişdirdiyi italyan müdafiəçi Andre Natalini Kataloniya komandasının U18 komandasından heyətinə qatan "Bayer Leverkuzen"in 16 yaşlı futbolçudan böyük gözləntiləri var. Futbolçunun müqaviləsinin 2027-ci il iyunun 30-na kimi davam edəcəyi öyrənilib.

Natali İtaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandası ilə Avropa çempionu olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu