Boliviyada dövlət çevrilişinə cəhd edən 17 nəfər saxlanılıb


Boliviyada prezident Luis Arce hökumətinə qarşı hərbi çevriliş cəhdindən sonra başlayan istintaq çərçivəsində 17 nəfər saxlanılıb.



Boliviya Daxili İşlər naziri Eduardo del Kastillo mətbuata verdiyi açıqlamada, hökumətə qarşı çevriliş cəhdində iştirak etdikləri səbəbiylə istintaq çərçivəsində 17 nəfərin nəzarətə alındığını bildirib.

Saxlanılanlar arasında işdən çıxarılan general Xose Zuniqa və vitse-admiral Xuan Arnezin də olduğunu deyən Kastillo çevriliş cəhdi ilə bağlı daha bir neçə nəfərin axtarıldığını bildirib.

Çevriliş cəhdinin keçən may ayından bəri planlaşdırıldığını xatırladan Kastillo, "Məqsəd Arce hökumətini devirmək idi. Bu planı Zuniqa və Arnez hazırlamışdı" deyib.

Yerli media saxlanılan şəxslərin “silahlı üsyan və terrorizm”də ittiham edildiyini və onlara 20 ilə qədər həbs cəzası verilə biləcəyini yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu