Boksçumuz ermənistanlı rəqibini məğlub edərək finala yüksəldi


Azərbaycanın yeniyetmə boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.


Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, +80 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.

Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.

O, çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 30-da olacaq.

Qeyd edək ki, yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu