Rusiyalılar biometrik pasport olmadan Çexiyada qala bilməyəcəklər


Biometrik pasportu olmayan ruslar bundan sonra Çexiyada qala bilməyəcəklər.


AFN.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yan Lipavski bildirib.

"Hökumətimiz üçün təhlükəsizlik prioritet məsələdir. Biz növbəti təxribat aktını gözləməyəcəyik. Ölkəmizdə qalmaq istəyən hər kəs dediyi kimi olduğunu sübut etməlidir. Ruslar üçün biometrik olmayan pasport artıq kifayət etməyəcək" - deyə o X sosial şəbəkəsində yazıb.

Nazir qeyd edib ki, bu qərar 2014-cü ildə Vrbetice kəndində Çexiya hakimiyyətinin Rusiyanı iştirakda ittiham etdiyi sursat anbarlarında baş verən partlayışlarla bağlıdır.

Rusiyaya məxsus qeyri-biometrik pasportların Çexiyada etibarlılığı iyulun 3-də dayandırılıb. Bu barədə respublikanın hakimiyyət orqanları Aİ-nin müvafiq qurumunun iclasında məlumat verib və digər ölkələri də analoji tədbirlər görməyə dəvət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu