Paşinyan yeni konstitusiyaya ehtiyac duyduqlarını deyib


Ermənistanın baş naziri Nikol Paşinyan hazırkı konstitusiyanın cəmiyyətdə birlikdə yaşamaq qaydalarına dair anlayış və razılığı ifadə etmədiyini bəyan edib və yeni konstitusiyaya ehtiyac duyduqlarını bildirib.



Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in xəbərinə görə, baş nazir Paşinyan “Ermənistan Konstitusiya Günü” münasibəti ilə müraciət dərc edib.

Demokratik ölkələrin öz konstitusiyalarını referendumla qəbul etdiyini xatırladan Paşinyan qeyd edib ki, Ermənistanda konstitusiyanın yaradıcısı erməni xalqıdır.

Paşinyan xalqın konstitusiyaya “lehinə” və ya “əleyhinə” səs verərək dövlət olma məsuliyyətini öz üzərinə götürdüyünə diqqət çəkərək, sözügedən mətnlə dövlətin necə olması və idarə olunmasına, cəmiyyətdəki insanlar arasında münasibətlərin nizamına qərar verdiklərini bildirib.

Ermənistanın baş naziri diqqətə çatdırıb ki, suverenlik ölkədə həyat qaydalarını müəyyən etmək deməkdir və bu kontekstdə 2018-ci ildə “məxməri inqilab”dan sonra cəmiyyətdə dərin sosial-psixoloji konflikt yaranıb.

Xalqın mövcud konstitusiyanın cəmiyyətdə birgə yaşamaq qaydaları ilə bağlı onların anlayışını və razılığını ifadə etdiyini düşünmədiyini deyən Paşinyan, vətəndaşların mövcud mətnin dövrün hakim elitaları tərəfindən yaradıldığına və cəmiyyətə diktə edildiyinə inandığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu