Rusiya nüvə hücumu qabiliyyətinə malik “Yars” ballistik raketi ilə təlim keçirib


Rusiya Müdafiə Nazirliyi nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketi ilə təlim keçirildiyini açıqlayıb.



Nazirlikdən verilən açıqlamada daha əvvəl planlaşdırılan təlimin təşkil edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, təlim çərçivəsində “Yars” mobil qurudan atılan raket kompleksləri ilə müxtəlif manevrlər həyata keçirilib.

Qeyd edək ki, nüvə hücumu da həyata keçirə bilən və təxminən 12 min kilometr mənzilə sahib olan “Yars” raketi müdafiə sistemləri tərəfindən aşkarlana bilmir və eyni anda 3 ilə 6 arasında hədəfi vura bilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu