Sərnişinləri qidadan zəhərlənən təyyarə Nyu Yorka qayıdıb


"Delta Air Lines"in Detroitdən Amsterdama uçan təyyarəsi ən azı 12 sərnişinin səhhətində yaranan problemdən sonra Nyu Yorkdakı JFK hava limanına təcili eniş edib.



Hadisə iyulun 2-də "Airbus A330" təyyarəsi Kanada hava məkanı üzərində olarkən və təxminən üç saatlıq uçuşdan sonra baş verib. İçərisində 277 sərnişin olan təyyarə təxminən bir saat sonra JFK hava limanına enib.

Nyu-York Yanğınsöndürmə İdarəsinin təcili tibbi yardım işçiləri sərnişinlərə müdaxilə edib. İlkin məlumatlara görə, sərnişinlərin qidadan zəhərləndiyi məlum olub.

"Delta Air Lines" etiraf edib ki, qidaların bir hissəsi uçuş zamanı xarab olub. Aviaşirkət bu hadisənin "Delta"nın məlum xidmət standartlarını əks etdirmədiyini bildirib.

Nyu-York rəsmiləri 10 ekipaj üzvü olmaqla, ümumilikdə 24 nəfərin səhhətində porblem yarandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu