UNRWA: Qəzzalılar yeni məcburi köçlərlə üzləşirlər


Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) ümidləri tükənmiş və gedəcək təhlükəsiz yeri olmayan Qəzza xalqının yeni məcburi köçlərlə üzləşdiyini bildirib.



UNRWA-nın Qəzza üzrə Baş Kommunikasiya Məsləhətçisi Louise Vatericin "New York Times" qəzetinə verdiyi müsahibə agentliyin X sosial media platformasında dərc olunub.

Vateric bildirib ki, Qəzzadakı fələstinli ailələr ümidlərini itiriblər, gedəcəkləri təhlükəsiz yer yoxdur və yeni məcburi köçlərlə üzləşirlər.

Təcili olaraq atəşkəsin yaradılmasının vacibliyini bildirən UNRWA rəsmisi qeyd edib ki, öz ərazilərinin boşaldılması üçün daimi tələb onsuz da çətin vəziyyətdə olan Qəzza əhalisinə mənfi təsir göstərir.

UNRWA-nın planlaşdırma direktoru Sem Rouzun Britaniya media təşkilatı BBC-yə verdiyi müsahibə də eyni hesabda dərc edilib.

Qəzzada ailələrin hər gün həyatda qalmaq üçün mübarizə apardığına diqqət çəkən Rouz, "Fələstinlilər qida və su kimi həyati ehtiyaclarını təmin etmək üçün mübarizə aparır. Dərhal atəşkəs yaradılmalıdır" deyib.

UNRWA iyulun 2-də verdiyi açıqlamada, İsrailin hücumları səbəbindən 250 min fələstinlinin Qəzzanın cənubundakı Xan Yunus şəhərini məcburi tərk etməli olacağını açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu