Norveç UNRWA-ya maliyyə dəstəyini artıracaq
Norveç Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə təxminən 10 milyon dollar əlavə yardım edəcəyini açıqlayıb.
Beynəlxalq İnkişaf Naziri Anne Beathe Tvinnereim Norveçin 2024-cü ilin əvvəlində Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) etdiyi yardımdan əlavə 10 milyon dollar əlavə yardım göndərəcəyini açıqlayıb.
O, UNRWA-nın Qəzzada humanitar fəaliyyətlərin əsasını təşkil etdiyini vurğulayıb.
Tvinnereim UNRWA əməkdaşlarına, məktəblərə və xəstəxanalara hər gün hücum edildiyini və Agentliyin Fələstində fəaliyyət göstərməsinin getdikcə çətinləşdiyini bildirib.
Qeyd edək ki, Norveç mayın 28-də Fələstin dövlətini rəsmən tanıdığını elan edib.