Arda Gülər: Ronaldo “Əssəlamu əleykum” dedi və...
Türkiyə futbol millisinin gənc üzvü Arda Gülər maraqlı açıqlama verib.
AFN.az xəbər verir ki, hazırda "Real Madrid" komandasında forma geyinən gənc futbolçu klubunun keçmiş oyunçusu Kriştiano Ronaldo ilə bağlı açıqlaması ilə çoxlarının qəlbinə toxunub. Belə ki, o, Türkiyə millisinin tərkibində "Avro-2024" çərçivəsində Portuqaliya oyundan sonra Ronaldonun türklərin soyunub-geyinmə otağına gəldiyini danışıb: "Portuqaliya ilə oyunumuz bitəndə Ronaldonun formasını almaq istədim, amma bu cür istəklər etməyə öyrəşmədiyim üçün bir az utandım. Joao Feliksi çoxdan tanıyıram, ona görə də ondan gedib Ronaldonun formasını mənim üçün almasını xahiş etdim.
10 dəqiqədən sonra Feliks Kriştiano ilə soyunub-geyinmə otağımıza gəldi. Kriştianonun özünün otağa gəlməsi hamını təəccübləndirdi. O, “Əssəlamu əleykum” dedi və köynəyini mənə verdi. Əvvəlcə başa düşmədim, sonra anladım ki, Kriştiano hər kəsi xoşbəxt etməyi xoşlayır, hətta onları tanımasa da. İnanıram ki, bu an mənim yaddaşımda əbədi qalacaq. Tarixin ən yaxşı oyunçusu sənin yanına gəlib öz formasını verir, bu, heyrətamizdir".