"Samsung"un işçiləri tətili qeyri-müəyyən müddətə uzadıb


Cənubi Koreyada yerləşən "Samsung" şirkətinin həmkarlar ittifaqı işçiləri müavinətlərin və maaşların yaxşılaşdırılması tələbi ilə başladıqları 3 günlük tətili qeyri-müəyyən müddətə uzatmaq qərarına gəliblər.



Yonhap-ın məlumatına görə, Milli Samsung Electronics Union (NSEU) tərəfindən verilən açıqlamada şirkətin iyulun 8-də başlayan tətil zamanı işçilərlə heç bir dialoqa girmədiyi bildirilib.

Açıqlamada normalda tətilin 5 günə qədər uzadılacağı, lakin "Samsung" tərəfindən problemi həll etmək üçün heç bir cəhd olmadığı üçün planın dəyişdirildiyi qeyd edilib.

Maaşlar, əlavə mükafatlar və məzuniyyət sistemi kimi məsələlərdə təkmilləşdirmə tələbi ilə başlayan tətilin “qeyri-müəyyən müddətə” uzadıldığı və şirkət danışıqlar masasına oturana qədər tətilin davam edəcəyi vurğulanıb.

"Samsung" tərəfindən verilən açıqlamada tətilə baxmayaraq istehsalda heç bir problem olmadığı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu