Piton qadını bütöv udub - son bir ayda ikinci hadisədir


İndoneziyada gənc qadının ölüm səbəbi piton olub.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı Srirati iyulun 2-də yoxa çıxıb. O, xəstə övladı üçün dərman almağa gedib və geri qayıtmayıb. Qohumları qadının axtarışına çıxıb. Sriratinin əri, 30 yaşlı Adyanza onun paltar və ayaqqabılarını evlərindən təxminən 500 metr aralıda Siteba kəndində tapıb. Bundan az sonra adam yolun yaxınlığında böyük bir piton görüb.

Adianza həmkəndlilərini köməyə çağırıb. Onlar birlikdə pitonun qarnını yarıb içəridə qadını tapsalar da, gec olub.

Dəhşətli hadisə ilə bağlı polisə və kənd icra başçısına məlumat verilib. Bu, İndoneziyada son bir ayda ikinci belə haldır.

Daha əvvəl bildirilmişdi ki, İndoneziyada nəhəng piton dörd uşaq anası olan 50 yaşlı Fəridəni yeyib. Qadın iyunun 6-da yoxa çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu