Azərbaycanın Rusiyanın Krasnoyarsk vilayəti ilə turizm əməkdaşlığı müzakirə edilib


İyulun 11-də "New Baku" mehmanxanasında Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş komissiyası”nın və eləcə də Azərbaycanda fəaliyyət göstərən turizm təynatlı qeyri-hökumət təşkilatlarının üzvləri ilə ikitərəfli işgüzar görüş baş tutub.


ASK-nın "Turizm və xidmət üzrə iş komissiyası"nın sədri Ruslan Quliyevin AFN.az-a verdiyi məlumata görə, görüşdə Krasnoyarsk vilayətinin turizm investisiya imkanları barədə təqdimatlar dinlənilib və birgə əməkdaşlıq üçün real layihələr ətrafında müzakirələr aparılıb. Qarşılıqlı olaraq, Azərbaycan tərəfi ölkədə turizmin inkişafının cari vəziyyəti və perspektivlər haqqında məlumat verib. Eləcə də Qarabağ və Şərqi Zəngəzurda mövcud olan turizm potensialı, dövlət təşviqləri və investisiyalar haqqında fikir mübadiləsi həyata keçirilib.
Görüşün sonunda qarşılıqlı infoturların təşkili və hər iki ölkədə nəzərdə tutulan tematik sərgi və konfranslarda iştirakla bağlı ilkin razılıq əldə olunub.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu