Turizm Assosiasiyasında Mərakeş şirkətlərinin rəhbərləri ilə görüş keçirilib


Mərakeşin turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının inkişafı və qarşılıqlı turizm səfərlərinin təşkili məsələləri Azərbaycan Turizm Agentlikləri (ATAA) Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Azərbaycanda səfərdə olan Mərakeş Respublikasının 13 aparıcı turizm şirkətinin rəhbərləri arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.


"Zakher" turizm şirkətinin rəhbəri Cəfər Qaranın AFN.az-a verdiyi məkumata görə, görüş zamanı ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Mərakeşlə Azərbaycan arasında viza rejiminin aradan qaldırılmasının turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaratdığını bildirib. O, getmə turizmində bu istiqamətə ATAA üzvləri tərəfindən Mərakeşə cəlbedici destinasiya olaraq böyük maraq göstərildiyini qeyd edib. G.Qəhrəmanov tərəfdaşlıq əlaqələrinin formalaşdırılmasının və səmərəli iş birliyinin genişləndirilməsinin gələcəkdə qarşılıqlı turist axınına müsbət təsir edəcəyini bildirib.
Görüşdə şirkət nümayəndələri Azərbaycanın zəngin turizm potensialının və ceşidli turizm məhsullarının Mərakeşdə təbliğinin, eləcə də Mərakeşin turizm imkanlarının Azərbaycanda tanıdılmasının turist cəlbediciliyi baxımından faydalı olacağını qeyd ediblər. Bununla yanaşı, Azərbaycana təşkil olunan infotur çərçivəsində səfərlərinin nəticəsi olaraq öz istək və təkliflərini hazırlayaraq ATAA-ya təqdim edəcəklərini diqqətə çatdırıblar.
Müzakirələr zamanı həmçinin Azərbaycan-Türkiyə-Mərakeş üzrə kombo turların formalaşdırılması, tanışlıq məqsədli qarşılıqlı infoturların təşkili, üzv şirkətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, iş birliyinin yaradılması, eləcə də ikitərəfli əlaqələrin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.



FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu