Çexiyalı tennisçi Kreycikova ilk dəfə Uimbldonun qalibi olub
Çexiyalı tennisçi Barbora Kreycikova iyulun 13-də finalda italiyalı Jasmine Paoliniyə qalib gələrək Uimbldonun qalibi olub.
28 yaşlı çexiyalı idmançı finalda 1 saat 56 dəqiqə davam edən görüşdə 6:2, 2:6, 6:4 hesabı ilə qalib gəlib.
Kreycikova karyerasında ilk dəfə Uimbldonda qalib olub.