Uimbldon yarımfinalının cütlükləri açıqlanıb


Dünyanın ən qədim və mötəbər turniri kimi tanınan Uimbldon Tennis turnirinin yarımfinal cütlükləri bəlli olub.


Mövsümün üçüncü böyük dəbilqə tennis turniri olan Uimbldonda yarımfinalda qadınların təkbətək mübarizəsində dörddəbir finalda Madison Keysi 2-0 hesabı ilə məğlub edən Aryna Sabalenka və son Uimbldon çempionu Elena Rıbakinanı 2-1 məğlub edən Ons Jabeur qarşılaşacaq.



Turnirə xüsusi dəvətlə qatılan ukraynalı Elina Svitolina İqa Sviateki 2-1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, çexiyalı Marketa Vondrousova ilə qarşılaşacaq. Vondrousova isə Jessica Pequlanı 2:1 hesabı ilə məğlub edərək ilk dəfə Uimbldonda son 4-ə vəsiqə qazanıb.

Digər tərəfdən, tək kişilərdə Holger Rune-ni 3-0 məğlub edən Karlos Alcaraz və Christopher Eubanks-ı 3-2 məğlub edən Daniil Medvedev yarımfinalda qarşılaşacaq.



Son Uimbldon çempionu serb tennisçi Novak Cokovic Andrey Rubleve 3-1 məğlub edib və adını yarım finala yazdırıb. Cokoviçin rəqibi isə Roman Safiullini 3-1 hesabı ilə məğlub edən Jannik Sinner olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu