Küveytdə böyük miqdarda neft və qaz kəşf edilib


Küveyt Neft Şirkəti ölkənin şərqindəki Faylake adası yaxınlığında böyük miqdarda neft və qaz tapıldığını açıqlayıb.



Şirkətdən verilən açıqlamaya görə, Feyleke adası yaxınlığındakı yataqda böyük miqdarda neft və qaz aşkar edilib.

Açıqlamada qeyd olunub ki, ilkin hesablamalara görə, 96 kilometrlik yataqda aşkar edilən karbohidrogen ehtiyatları təqribən 2,1 milyard barel açıq neft və 5,1 trilyon standart kubfut təbii qazdır ki, bu da 3,2 milyard barel neftə bərabərdir.

OPEC-in məlumatlarına görə, aşkar edilmiş neft ehtiyatı gündə təxminən 2,8 milyon barel neft hasil edən Küveytin 750 günlük hasilatına uyğundur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu