Finlandiya gömrüyü qaçqınların velosipedlərini hərraca çıxarıb


Finlandiya Gömrük Xidməti qaçqınlara məxsus 190 velosipedi hərraca çıxarıb.


Bu barədə yerli "Yle" portalı idarənin nümayəndələrinə istinadən məlumat yayıb.

Hərraca 2023-cü ildə Salla və Raya-Yoseppi kəndlərindəki sərhəd-keçid məntəqələrində gömrük tərəfindən toplanmış velosipedllər daxildir. Tədbir zamanı 190 velosiped və bir skuter satılıb. Ən bahalı velosiped alıcıya 220 avroya başa gəlib.

İyulun 12-də Finlandiya parlamenti qaçqınların ölkədən məcburi çıxarılması ilə bağlı qanunu dəstəkləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu