“Dinamo” Kiyev Serbiya klubunun futbolçuları ilə salamlaşmaqdan imtina etdi


Kiyev “Dinamo”su Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Belqradın “Partizan” klubu ilə oyundan əvvəl hər cür salamlaşmaqdan imtina edib.



Bu barədə Ukrayna klubunun baş məşqçisi Aleksandr Şovkovski komandanın YouTube kanalında məlumat verib.

Şovkovski Serb "Partizan"ının "Dinamo" və ÇSKA ilə yoldaşlıq turniri üçün Moskvaya səfərindən məəttəl qaldığını bildirib. O, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Rusiya klublarını bütün beynəlxalq yarışlardan kənarlaşdırdığını vurğulayıb. "Mövqeyimiz yalnız "Partizan"ın hərəkətlərinə əsaslanır", - məşqçi əlavə edib.

"Dinamo" (Kiyev) Çempionlar Liqasının II təsnifat mərhələsində "Partizan"la qarşılaşacaq. Qarşılaşmalar iyulun 23-də Polşanın Lüblin şəhərində, iyulun 31-də isə Belqradda keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu