Konqo Demokratik Respublikasında üsyançıların hücumu nəticəsində 35 mülki şəxs öldürülüb


Konqo Demokratik Respublikasının şərqindəki Şimali-Kivu əyalətində üsyançıların hücumu nəticəsində 35 mülki vətəndaş öldürülüb.



Milli mətbuatda yer alan xəbərlərə görə, Şimali Kivu vilayətinin Lubero bölgəsindəki Ombele kəndində Demokratik Alyans Qüvvələri (ADF) adlı üsyançı qrup üzvləri tərəfindən mülki şəxslərə silahlı hücum edilib.

Hücum nəticəsində ən azı 35 mülki şəxs həyatını itirib.

ADF üzvləri ətrafdakı evləri qarət edib və çoxlu mülki vətəndaşı girov götürərək ərazidən qaçıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu