"OpenAI" yeni axtarış sistemini işə salır


Süni intellekt söhbət robotu "ChatGPT"nin tərtibatçısı "OpenAI" yeni axtarış funksiyalarının prototipi olan “SearchGPT”ni sınaqdan keçirdiyini açıqlayıb.



"OpenAI" tərəfindən verilən açıqlamada "SearchGPT"nin istifadəçilərə aydın və uyğun qaynaqlarla sürətli və vaxtında cavablar təqdim etmək üçün süni intellekt modellərinin gücünü internetdən alınan məlumatlarla birləşdirmək üçün nəzərdə tutulduğu bildirilib.

Açıqlamada sözügedən axtarış sisteminin istifadəsinin geri bildiriş almaq üçün kiçik bir istifadəçi və yayımçı qrupu ilə başlayacağı bildirilib.

Bu prototipin müvəqqəti olduğu və bu xüsusiyyətlərin ən yaxşılarının gələcəkdə birbaşa "ChatGPT"yə inteqrasiyasının planlaşdırıldığı vurğulanıb.

Açıqlamada qeyd edilib ki, “SearchGPT” istifadəçilərin suallarını internetdə ən son məlumatlarla tez və birbaşa cavablandıracaq, müvafiq resurslara aydın bağlantılar təqdim edəcək və istifadəçilər axtarışlar zamanı söhbət edirmiş kimi suallar verə biləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu