İlon Mask-OpenAI münaqişəsi "Apple"ın ChatGPT inteqrasiyasından sonra yenidən alovlandı
İlon Mask "Apple"ın ChatGPT-ni Siri-yə inteqrasiyasından sonra Apple cihazlarını şirkətlərində qadağan edəcəyini açıqlayıb.
"Apple" hər il təşkil etdiyi tərtibatçı tədbiri WWDC-də "VisionOS 2", "iOS 18", AirPods və Apple TV üçün yeniləmələri elan edib. Şirkət “WatchOS 11”, “iPadOS 18” və “macOS Sequoia” kimi süni intellekt sahəsində də yeni yeniləmələri təqdim edib.
Şirkətin süni intellekt sahəsindəki ən böyük yeniliklərindən biri söhbət robotu ChatGPT-yə lazım olduqda Siri ilə daxil ola biləcəyini elan etməsi olub. Bu yenilik həm də yeni müzakirələrə səbəb olub. ChatGPT inteqrasiyası səbəbiylə istifadəçi məlumatlarının OpenAI şirkəti ilə paylaşılacağı iddialarına görə bir çox insan sosial media platformalarında "Apple"ı tənqid edib.
Ən böyük etirazlardan biri amerikalı iş adamı İlon Maskdan gəlib. Mask özünün X sosial media hesabındakı yazısında "Apple"ın ChatGPT-nin inkişaf etdiricisi OpenAI ilə əməkdaşlığını qiymətləndirib. OpenAI-nin əməliyyat sistemi səviyyəsində inteqrasiyası halında "Apple" cihazlarının şirkətlərində qadağan ediləcəyini ifadə edən Mask, bunun qəbuledilməz bir təhlükəsizlik pozuntusu olduğunu bildirib.
Mask şirkətə gələnlərin "Apple" cihazlarını qapıda təhvil verməli olacağını qeyd edərək, cihazların Faraday qəfəsində saxlanacağını bildirib.
"Apple"ı öz süni intellekt tətbiqini inkişaf etdirmək əvəzinə OpenAI-a güvəndiyini tənqid edən Mask, "Apple'ın öz süni intellektini istehsal edəcək qədər ağıllı olmaması, lakin bir növ OpenAI-nin təhlükəsizliyinizi qoruyacağına əmin ola bilməsi açıq-aydın gülüncdür. "Apple" məlumatlarınızı OpenAI-a ötürdüyündə, əslində nə baş vercəyi haqda heç bir fikrə sahib deyil." deyə vurğulayıb.