"Apple" yeni süni intellekt texnologiyasını elan edib


ABŞ-ın texnologiya şirkəti Apple özünün yeni süni intellekt texnologiyası "Apple Intelligence"ni təqdim edib. Həmçinin ChatGPT çatbotunu özünün ağıllı şəxsi köməkçi "Siri"yə inteqrasiyası üçün OpenAI ilə əməkdaşlıq etdiyini elan edib.


İllik tərtibatçılar tədbiri olan WWDC-də Apple "VisionOS 2", "iOS 18", AirPods və Apple TV yeniləmələri, "WatchOS 11", "iPadOS 18", "macOS Sequoia" kimi yeni yeniləmələri, eləcə də süni intellekt sahəsində digər yeniliklərini təqdim edib.

Tədbirdə məlumat verilib ki, ötən il elan edilən “Apple Vision Pro” qulaqcıqları daha 8 ölkədə satışa çıxarılacaq.

Bu məhsul ilk olaraq 28 iyunda Çin, Yaponiya və Sinqapurda, iyulun 12-də isə Avstraliya, Kanada, Fransa, Almaniya və İngiltərədə satışda olacaq.

Smartfonlar üçün "iOS 18" versiyasına gətiriləcək ana ekran və foto qalereya üçün fərdiləşdirmələr və məxfilik yeniləmələri kimi xüsusiyyətlər təqdim edilib.

Fərdi kompüterlər üçün "macOS Sequoia" yeniləməsi ilə nələrin edilə biləcəyi barədə məlumat verilib, bildirilib ki, iPhone telefonlarının bu versiyada yansıtma xüsusiyyəti olan kompüterlərdə istifadə oluna biləcək.

Tədbirdə şirkətin çoxdan gözlənilən süni intellekt texnologiyası "Apple Intelligence" də açıqlanıb.

"Apple Intelligence"in kontekst yönümlü bildirişlər göndərmək, süni intellektlə şəkillər yaratmaq və tətbiqlər arasında tapşırıqları yerinə yetirmək kimi imkanları təqdim edilib.

İstifadəçi məlumatlarının şəxsi və təhlükəsiz olmasını təmin etmək üçün sistemin “Apple Silicon” çipindən istifadə edən xüsusi serverlərdə bulud əsaslı modellərdən istifadə edəcəyi, məxfiliyin “Apple” üçün əsas prioritet olduğu vurğulanıb.

Ağıllı şəxsi köməkçi "Siri"yə gətiriləcək yeni funksiyalar açıqlanarkən, söhbət robotu ChatGPT-yə lazım olduqda "Siri" ilə daxil olmağın mümkünlüyü açıqlanıb. Bildirilib ki, ChatGPT ilə inteqrasiya iOS 18, iPadOS 18 və macOS Sequoia-ya ilin sonunda gələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu