İxtisas seçimi bu tarixdə başlayacaq

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi tarixi açıqlanıb.
AFN.az-ın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilir ki, ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.