Kamala Harrisin seçki kampaniyası üçün toplanan məbləğ açıqlandı


ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçki kapmaniyası üçün toplanan vəsaitin miqdarı açıqlanıb.


Bu barədə onun seçki qərargahı X sosial şəbəkəsində məlumat verib. Bildirilir ki, K.Harrisin seçki kampaniyasına 200 milyon dollar toplanıb.

Seçki qərargahının açıqlamasında o da qeyd edilir ki, ianələrin 65 faizindən çoxu ilk dəfə pul verənlərin payına düşüb. Bundan əlavə, kampaniyaya 170 min yeni könüllü cəlb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu