BOK Paris Olimpiadasının açılış mərasiminə görə üzr istəyib


Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçirilən oyunların açılış mərasimində baş verən bəzi hadisələrə görə üzr istəyib.


AFN.az-ın xəbərinə görə, bu barədə qurumun saytında məlumat verilib.

BOK Paris Oyunlarının təşkilat komitəsinin tədbirlə bağlı verdiyi açıqlamaları alqışladığını bildirib. Qeyd olunur ki, təşkilatçıların heç bir dini qrupa hörmətsizlik etmək niyyəti olmayıb. Açılış mərasiminin məqsədi icma və tolerantlığı qeyd etmək idi. Təşkilat komitəsi vurğulayıb ki, müəyyən səhnələrdən kimsə inciyibsə, bu, tamamilə təsadüf olub və onlar çox təəssüflənirlər.

Oyunların açılış mərasimi iyulun 26-da baş tutub. Beynəlxalq media tədbirlərin bəzi məqamlarını sivilizasiyanın süqutu adlandırıb. Tədbiri tənqid edənlər arasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, amerikalı milyarder İlon Mask da olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu