BOK Paris Olimpiadasının açılış videosunu öz resurslarından sildi


Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasiminin əsas fraqmentlərinin yer aldığı videonu rəsmi resurslarından silib.


“Qafqazinfo” xəbər verir ki, video BOK-un rəsmi saytında və ya yutub kanalında mövcud deyil.

Qeyd edək ki, Olimpiadanın açılışı ciddi tənqid olunub. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Son şam yeməyi” tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunublar.

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu