"Mercedes" komandasının pilotu Belçika Qran Prisində qələbədən məhrum edilib


"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel "Formula-1" Belçika Qran Prisində avtomobilinin çəkisi tələb olunan minimumdan 1,5 kiloqram az olduğuna görə qələbədən məhrum edilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, avtomobil əvvəlcə minimum 798 kiloqram çəkiyə çatsa da, sonradan ondan 2,8 litr yanacaq boşaldılıb.

"Mercedes" komandası bunun onların səhvi olduğunu və bu işdə yüngülləşdirici halların olmadığını vurğulayıb.

Bundan əvvəl "Red Bull"un holland pilotu Maks Ferstappen "Formula-1" Kanada Qran Prisinin qalibi olub. İlk üçlüyü “Mercedes”dən kanadalı Corc Rassel tamamlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu